Litva və Estoniyanın Gürcüstan rəsmilərinə qarşı sanksiyalarla bağlı qərarı təxribat idi.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun Gürcüstan hökumətinin hər iki ölkənin xalqı ilə xüsusi münasibəti nəzərə alaraq praqmatik yanaşma sərgilədiyini vurğulayıb.
"Biz təxribatlara uymuruq və istənilən belə qərara praqmatik reaksiya verəcəyik, lakin qeyd etmək lazımdır ki, bütün bunlar çox təəssüf doğurur. Ümumiyyətlə, bu iki dövlətin öz xalqının maraqlarına uyğun deyil, kənar sifarişlə hərəkət etməsi qəbuledilməzdir” - deyə İrakli Kobaxidze bildirib.