Infoteka.az
Siyasət

Almaniya Suriyanın müvəqqəti hökuməti ilə danışıqlar aparacaq

Almaniya diplomatları bu gün Suriyanın müvəqqəti hökuməti ilə danışıqlar aparacaq.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Dəməşqdə Heyət Təhrir Əş-Şamın nümayəndələri ilə danışıqlar aparılacaq.

Danışıqlarda Suriya üçün keçid prosesi və azlıqların müdafiəsi müzakirə olunacaq.

Infoteka.az