Bakıda "Neolit" şadlıq evində baş verən yanğın söndürülüb.
Bu barədə FHN-in Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Bakı şəhərinin Nizami rayonu, M.Əliyev küçəsində yerləşən şadlıq evinin anbar hissəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.