Infoteka.az
Siyasət

Nazirlik: Çin Tayvanın silahlanması ilə bağlı ABŞ-a etiraz edib

Çin Amerika administrasiyasının Tayvan adasına silah satmaq qərarı ilə bağlı narazılığını bildirir və ABŞ-a təqdimat göndərib.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.

“ABŞ yenidən Çinin Tayvan bölgəsinə hərbi yardım edir və silah satır. Bu, vahid Çin prinsipini, eləcə də Çin-ABŞ birgə üç kommünikesini ciddi şəkildə pozur. Çin kəskin narazılığını bildirir, qəti şəkildə qarşı çıxır və dərhal ABŞ-a ciddi təqdimat göndərib” – bununla bağlı Çin Xarici İşlər Nazirliyinin saytı onun nümayəndənin sözlərinə istinadən xəbər verir.

Xarici İşlər Nazirliyi Amerikanın adaya hərbi yardımının Çinin suverenliyini və ərazi bütövlüyünü pozduğunu bildirib.

Infoteka.az