Kanada parlamentinin Liberal Partiyasından olan üzvlərinin üçdə birindən çoxu baş nazir Castin Trüdonun partiya lideri postunu tərk etməsini istəyir.
Bu barədə CBC telekanalı məlumat yayıb.
Nəşrin məlumatına görə baxmayaraq ki, bunu açıq şəkildə cəmi 21 deputat deyib 50-dən çox liberal deputat bu fikirdədir.
Qeyd edək ki, ümumilikdə liberalların Kanada parlamentində 153 yeri var.
Baş nazirin müavini və maliyyə naziri Kristia Friland dekabrın 16-da Trüdo onu başqa işə keçirməyə qərar verdiyi üçün istefa verdiyini açıqlayıb.
Həmin gün mənzil, infrastruktur və icmalar naziri Şon Freyzer də hökumətdən istefa verdiyini açıqlayıb.
Bu isə baş nazirin kabinetinə nəzarət edə bilmədiyi üçün onun dərhal istefasını tələb edən müxalifət və ictimai xadimlərin tənqidinə səbəb olub.
Bundan başqa bir neçə liberal deputat Trüdonun Kanada Liberal Partiyasının rəhbəri vəzifəsindən getməsinin lehinə çıxış edib.