Infoteka.az
Siyasət

Zelenski İlham Əliyevə ZƏNG ETDİ

Ukrayna prezidenti Volodimr Zelenski Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib.

O, bu barədə Zelenski özünün sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, İlham Əliyevlə telefon danışığı zamanı Aktau yaxınlığında baş vermiş dəhşətli təyyarə qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib və pilotların və təyyarə heyətinin qəhrəmanlığını xüsusi vurğulayıb.

"İndi əsas prioritet baş verənlərlə bağlı bütün suallara cavab verəcək hərtərəfli araşdırmadır. Rusiya dəqiq izahat verməli və dezinformasiyanı dayandırmalıdır. Foto və videolarda təyyarənin fuzelyajının zədələnməsi, o cümlədən raket zərbəsinə çox bənzəyən əziklərin olduğu aydın şəkildə əks olunub.

Biz bu vəziyyətdə Azərbaycanı bütün lazımi vasitələrlə dəstəkləyərək digər ölkələri də yardım göstərməyə çağırırıq. Bundan əlavə, yaxın vaxtlarda ikitərəfli təmasları intensivləşdirmək barədə razılığa gəldik", - deyə Ukrayna lideri qeyd edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfəri Azərbaycan, 8 nəfəri Rusiya, 3 nəfəri Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələ ki müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Infoteka.az