Rusiyadan Ukrayna vasitəsilə qaz nəqlinin dayandırılmasından sonra Avropa ölkələrində mavi yanacağın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək həddə çatıb.
Bu barədə “Bloomberg“ məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, qazın qiymətinin bahalaşmasının səbəbləri arasında Norveçdə LNG zavodunun bağlanması da var.