Infoteka.az
Dünya

Xersonda sakinlərin təxliyəsi başa çatdı

Rusiyanın ilhaq etdiyi Xerson vilayətində sakinlərin Dnepr çayının sağ sahilindən sol sahilinə köçürülməsi prosesi başa çatıb.

İnfoteka.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Xersonun “qubernatoru”nun “müavin”i Kirill Stremousov açıqlayıb. 

Bununla belə, Stremousov təxliyə edilən sakinlərin dəqiq sayını qeyd etməyib. 

Xatırladaq ki, müvəqqəti olaraq Xerson vilayətinə “rəhbərlik” edən Vladimir Saldo oktyabrın 18-i bölgə sakinlərinin Dnepr çayının sol sahilinə köçürüləcəyini elan edib. Buna səbəb olaraq isə Ukrayna tərəfinin Kaxovka Su Elektrik Stansiyasına zərbə endirəcəyi təqdirdə daşqın təhlükəsinin olduğu göstərilib.

Infoteka.az