Yaxın günlərdə Ukraynaya silah tədarükünü əlaqələndirmək üçün bir qrup Qərb dövlətlərinin görüşü keçiriləcək.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə bildirib.
Kirbi görüşün vaxtına da toxunaraq, "Mütləq administrasiyamızın sonuna qədər", - deyə bildirib.
O həmçinin təfərrüatlara varmadan təsdiqləyib ki, paralel olaraq ABŞ Ukraynaya daha bir silah və hərbi texnika paketi ayıracaq.