Bakıdan yola düşən və 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını Türkiyədən keçərək bu ölkənin Suriya ilə sərhədinə çatıb.
Hazırda maşınlar Kilisdəki Çobanbey sərhəd-keçid məntəqəsindədir və gömrük prosedurlarımdan sonra Suriya ərazisinə daxil olacaqlar.
Tranzit Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası altında həyata keçirilir.
Yardım maşınları sərhəd-keçid məntəqəsindən keçdikdən sonra AFAD-ın logistika anbarlarına təhvil veriləcək. Anbarlarda görülən hazırlıqlardan sonra məhsullar Suriyada yardıma ehtiyacı olan ailələrə paylanacaq.
Qeyd edək ki, dekabrın 30-da Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilib. On yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var.
Sosial