Infoteka.az
Sosial

Metroda gediş haqqı 55 qəpik olacaq? - RƏSMİ CAVAB

Metroda gediş haqqının 55 qəpik olacağı ilə bağlı sosial mediada iddialar yayılıb.

Məsələ ilə bağlı açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, "Bakı Metropoliteni" QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur:

"Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb", - deyə o əlavə edib.

Infoteka.az