Şimali Koreya Yapon dənizinə doğru naməlum raket atıb.
Bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.
“News1” agentliyinin istinad etdiyi hesablamalara görə, bu, ballistik raket ola bilər.
Qeyd edək ki, yanvarın 6-da 2025-ci ildə ilk ballistik raket buraxılışı baş tutub. Bu zaman KXDR özünün ən son hipersəs ballistik raketini buraxmışdı.