Infoteka.az
Hadisə

Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxs SAXLANILDI

Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

DİN-in Baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Ayaz Aydın oğlu İsgəndərov saxlanılıb.

Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Infoteka.az