ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inaqurasiyadan bir neçə gün sonra köməkçilərinə Rusiya lideri Vladimir Putinlə telefon danışığı təşkil etməyi tapşırıb.
Bu barədə “CNN” məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığının mövzusu Ukraynadakı münaqişənin həlli ilə bağlı yaxın aylarda liderlərin görüşünün müzakirəsi olacaq.
Məlumata görə, Trampın milli təhlükəsizlik komandasının nümayəndələri bir neçə həftə əvvəl Putinlə telefon danışığına hazırlaşmağa başlayıblar, lakin telefon zənginin nə vaxt baş tutucağı hələlik bəlli deyil.
Qeyd edək ki, Trampın andiçmə mərasimi bu gün keçiriləcək.
Xatırladaq ki, Tramp hələ noyabrda keçirilən prezident seçkilərində qalib gəlməmişdən əvvəl Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edərək, andiçmə mərasimindən sonrakı ilk gündə Ukraynadakı münaqişəyə son qoyacağını bildirmişdi.