Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin davamlı, sülh yolu ilə həllinə nail olmaq niyyətindədir.
Bunu ABŞ dövlət katibi Marko Rubio “NBS News” telekanalına müsahibəsində deyib.
"Bu münaqişəyə son qoymaq ABŞ-nin rəsmi siyasəti olacaq və biz buna davamlı və sabit şəkildə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Biz istəmirik ki, bu sabitlik iki, üç və ya dörd ildən sonra yenidən müharibəyə çevrilsin”, - Rubio qeyd edib.