Böyük Britaniyanın “British Airways” və “EasyJet” aviaşirkətləri martın sonundan Gürcüstana uçuşlara başlayacaq.
Bu barədə Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord bildirib.
“Tezliklə London və Tbilisi arasında birbaşa uçuşlar olacaq. "British Airways" və "EasyJet" martın sonundan Gürcüstana uçuşlar həyata keçirəcək” - deyə səfir bildirib.