Infoteka.az
Siyasət

Trampdan iddialı çıxış: "Yaxın gələcəkdə ölkəmizin ərazisi əhəmiyyətli dərəcədə böyüyə bilər"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, ölkəsinin ərazisi yaxın zamanda əhəmiyyətli dərəcədə böyüyəcək.

Ağ Ev rəhbəri bu barədə Las-Veqasda (Nevada ştatı) çıxışı zamanı bəyan edib.

"Yaxın gələcəkdə ölkəmiz əhəmiyyətli dərəcədə böyüyə bilər. Tezliklə biz ölkə olaraq böyüyə bilərik", - deyə prezident bildirib.

O, bunun necə baş verə biləcəyini izah etməyib.

Qeyd edək ki, ABŞ-nin yeni lideri əvvəllər dəfələrlə Kanadanın ABŞ-yə qoşulmasını dəstəkləyib və bu halda ona hərbi və digər üstünlüklər vəd edib.

Kanada hakimiyyəti bunun heç vaxt baş verməyəcəyini bildirib.

Tramp həmçinin vurğulayıb ki, Qrenlandiya ABŞ-yə birləşməlidir. O, əgər Danimarka adadan imtina etməsə, ona qarşı yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyib.

Tramp hələ ilk prezidentlik müddətində Qrenlandiyanı almağı təklif edib. O vaxt olduğu kimi, Danimarka və Qrenlandiya hakimiyyəti bu ideyanı rədd edib.

Infoteka.az