ABŞ Prezidenti Donald Tramp Vaşinqton səmasında sərnişin təyyarəsi ilə helikopterin toqquşması barədə danışıb.
Tramp faciədən qaçmağın mümkün olduğunu vurğulayıb. O qeyd edib ki, “Black Hawk” hərbi helikopterinin ekipajı kursu dəyişməliydi, belə olan halda toqquşma baş verməzdi.
Qeyd edək ki, “American Airlines” aviaşirkətinə məxsus, Uiçito-Vaşinqton reysini yerinə yetirən “Bombardier CRJ700” tipli sərnişin təyyarəsi Vaşinqtonun Ronald Reyqan aeroportuna eniş etmək istəyərək ABŞ Quru Qoşunlarının “Sikorsky H-60” (“Black Hawk”) hərbi helikopteri ilə toqquşub.
Toqquşma nəticəsində partlayış baş verib, hər iki nəqliyyat vasitəsi Potomak çayına düşüb.
Təyyarədə 60 sərnişin, 4 ekipaj üzvü, helikopterdə 3 hərbçi olub.
Qəza nəticəsində ölənlərin olduğu bildirilir. Artıq 18 nəfərin meyiti Potomak çayından çıxarılıb.
Qəzadan sağ qurtulanlar da var.
Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Aeroportun fəaliyyəti dayandırılıb.