Nyu-Yorkun məşhur "Sotheby's" hərracında İtalyan skripka ustası Antonio Stradivarinin (1644-1737) skripkası satışa çıxarılıb.
Hərracın başlanğıc məbləği 8 milyon dollar olub.
Nəticədə skripka 11.25 milyon dollara satılıb.
Məlumata görə skripkanın alıcısı anonim qalmaq istəyib.