Infoteka.az
İdman

Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunlarının ən yaxşıları bəlli olub

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin son oyun günündə keçirilən dörd görüşün ən yaxşı futbolçuları bəlli olub.

0:0 hesablı heç-heçə ilə başa çatan "Borussiya Dortmund" - "Sportinq" matçının ən yaxşısı Rui Silva seçilib.

"Brest"i doğma meydanda 7:0 hesablı darmadağınla məğlub edən PSJ klubunun futbolçusu Vitinya oyunun ən yaxşısı olub.

Noa Lanq 3:1 hesabı ilə başa çatan PSV - "Yuventus" matçının ən yaxşı oyunçusu seçilib.

"Real Madrid" - "Mançester Siti" görüşünün ən yaxşısı isə het-trik edən Kilian Mbappe olub.

Infoteka.az