Infoteka.az
Siyasət

Prezidentin sakinlərlə SƏMİMİ DİALOQU: “Maşallah, sənin də yumruğun yaxşıdır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Sakinlər yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. 

Sakinlər: Xoş gəlmisiniz. Allah Sizi qorusun. Ali Baş Komandan, “dəmir yumruq” buradadır.

Prezident İlham Əliyev: Çox sağ olun. Maşallah sənin də yumruğun yaxşıdır.

Kişi sakin: Cənab Prezident, çox sağ olun. Var olun ki, o əmri verdiniz, o “dəmir yumruq”la onların başını əzdik. Minnətdarıq Sizə.

Prezident İlham Əliyev: Sağ olun. Sizə minnətdaram. Sizin kimi oğullar hesabına torpaqlarımızı düşməndən azad etdik.

Kişi sakin: Borcumuzdur, cənab Prezident.

Qadın sakin: Hörmətli Prezidentimiz, Siz Ballıca kəndinə çox xoş gəlmisiniz. Allah Sizi qorusun, Allah Ordumuzu qorusun, Allah şəhidlərimizə də rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bugünkü günü bizə yaşatdığınız üçün Sizə çox-çox təşəkkürümü bildirirəm. Allah sizləri qorusun.

Prezident İlham Əliyev: Sağ olun, sizi bir daha təbrik edirəm.

Sonda xatirə şəkli çəkdirilib.

Infoteka.az