Türkiyənin Manisa şəhərinin Saruhanlı rayonunda baş verən atışmada 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
İnfoteka.az “Habertürk”ə istinadən xəbər verir ki, atışma ədavət içində olan qohumlar arasında baş versə də, olayın gerçək səbəbi hələlik bəlli deyil.
Bildirilib ki, olay sonucunda yaralananlar xəstəxanaya çatdırılıblar. Onlardan ikisinin durumu ağırdır.
Məlumata görə, polis faktla bağlı 1 şübhəlini axtarışa verib.