Avropa Liqasının qrup mərhələsinin sonuncu, 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Frayburq” (Almaniya) matçına bilet satışı davam edir.
Lent.az-ın məlumatına görə, ilk gündə bu oyuna 20 mindən çox bilet satılıb.
Bu isə biletlərin 70 faizindən çoxu deməkdir.
Xatırladaq ki, biletlərin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir. Noyabrın 3-ü keçiriləcək "Qarabağ" - "Frayburq" görüşü saat 21:45-də başlayacaq.