Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində rayon sakini N.Bayramov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Məlahət Hətəmxanovanı və Gülşən Hacıyevanı vurub.
Nəticədə M.Hətəmxanova hadisə yerində ölüb, G.Hacıyeva xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır