Infoteka.az
Siyasət

Bayden: “Rusiyanın bu addımı dünyada aclığın daha çox vüsət almasına səbəb olacaq”

ABŞ Prezidenti Co Bayden Rusiya “Taxıl saziş”ində iştirakını dayandırmasına münasibət bildirib.

Co Bayden bəyan edib ki, Moskvanın taxıl müqaviləsini dayandırmaq üçün heç bir səbəbi olmayıb:

“Bu, ikrah doğurur, bu addım dünyada aclığın daha çox vüsət almasına səbəb olacaq. Onların belə hərəkət etmələri üçün heç bir əsas yoxdur”.

Qeyd edək ki, Rusiya Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə imzalanmış “Taxıl saziş”ində iştirakını dayandırıb.

Rusiya Federasiyası bunu Ukrayna ordusunun Sevastopolda Qara dəniz donanmasını, eləcə də taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı hücumla əlaqələndirib.

Mənbə: TASS

Infoteka.az