Infoteka.az
Siyasət

Kreml Putin-Bayden danışıqları üçün şərtləri açıqlayıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putin və Co Bayden arasında danışıqlar üçün şərtləri açıqlayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya mediasına açıqlamasında Peskov bildirib ki, bunun üçün ABŞ Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı narahatlığını dinləməli və dekabr-yanvar aylarındakı vəziyyətə qayıtmalıdır.

ABŞ-ın bizim narahatlıqlarımızı dinləmək istəyi olmalıdır. Yəni, ABŞ dekabr-yanvar aylarındakı vəziyyətə qayıtmalı və özünə sual verməlidir: rusların təklif etdikləri hamısı bizi qane etmir, amma bəlkə yenə də danışıqlar masasına oturmağa dəyər? Mən həm Brüsselə, həm də Vaşinqtona təqdim olunan sənəd layihələrini nəzərdə tuturam”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Infoteka.az