Milli Məclisə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi daxil olub.
İnfoteka.az-ın xəbərinə görə, layihə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Yeni qanun layihəsi Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyəcək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edəcək.