Ermənistan ordusunda xidmət etmək üçün ehtiyatdan çağırılan əsgərlər arasında silahlı atışma olub.
İnfoteka.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, hadisə oktyabrın 29-da hərbi hissələrdən birində qeydə alınıb.
Hadisə nəticəsində ehtiyatdan çağırılan Misak Petrosyan ölüb. Bundan sonra sıravi əsgər özünü ayağından vurub.
Faktla bağlı cinayət işi başlanıb.