Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın mümkün danışıqlarla bağlı açıqlamalarına münasibət bildirib.
İnfoteka.az xəbər verir ki, bu barədə Prezident Ofisinin rəsmisi tviterdə yazıb.
“Rusiya subyektlərinin “2022-ci ilin yanvarına qayıtmaq” variantının olmadığını başa düşmək vaxtıdır. Ukraynada ancaq soyqırımı var, uduzmalı olduqları müharibə və ömürlük həbs cəzalarını alacaqları tribunal var”, - o qeyd edib.
Qeyd edək ki, daha öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin “real təkliflərlə” Rusiya Federasiyasına üz tutacağı təqdirdə Qərblə Ukrayna üzrə danışıqlara hələ də hazır olduğunu bildirmişdi.