AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb.
İnfoteka.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə "Trabzonspor" və Macarıstanın "Ferentsvaroş" komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 3-də Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi”də baş tutacaq.