Çində koronavirus məhdudiyyətlərinin tətbiqindən sonra dünya bazarında neft ucuzlaşıb.
İnfoteka.az-ın məlumatına görə, bunu birjaların məlumatları göstərir.
“Brent” markalı neftin dekabr fyuçersləri 0,91 % ucuzlaşaraq 1 bareli 92,92 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,77 % düşərək 1 bareli 87,22 ABŞ dolları təşkil edib.