Infoteka.az
Sosial

Azərbaycanda məhkumların videogörüşləri xüsusi otaqda keçirmələri təklif olunur

Azərbaycanda məhkumlar videogörüşləri xüsusi otaqda keçirəcəklər.

İnfoteka.az-ın xəbərinə görə, bununla bağlı Cəzaların İcrası Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliklə Məcəlləyə yeni 84.1-1-ci maddə əlavə edilir.

Yeni maddədə qeyd edilib ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçiriləcək. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunacaq.

Infoteka.az