Şuşa şəhərində Milli Məclisin Elm və təhsil və Mədəniyyət komitələrinin birgə iclası keçirilir.
İnfoteka.az-ın xəbərinə görə, toplantının gündəliyinə iki məsələ daxil edilib.
İclasda əvvəlcə "Ali təhsil haqqında" qanun layihəsi deputatların müzakirəsinə təqdim olunacaq. Daha sonra isə işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası sahəsində tədbirlər barədə fikir mübadiləsi aparılacaq.