UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarında ən çox qurtarış edən qapıçıları açıqlayıb.
İnfoteka.az turnirin "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev də yer alıb. O, "Nant"la oyunda 6 qurtarış edib. Millimizin üzvü "Nant"dan Alfons Lafon, (6) "Betis"dən Klaudio Bravo (6) ilə birgə 3-5-ci pillələri bölüşdürüb.
Siyahıya Maksim Koval ("Şerif") və Aleksandros Paxalakis ("Olimpiakos") 7 qurtarışla başçılıq edirlər.