“Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası üçün ilkin şərtlər mövcuddur”.
İnfoteka.az report-a istinadən xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin deyib.
"Biz öz növbəmizdə nizamlanmaya yönəlmiş istənilən səyləri həmişə alqışlayırıq. Buna görə də, bunun (oktyabrın 7-də Praqada Azərbaycan və Ermənistan liderlərinin görüşü - red.) necə əlaqələndirilməsinə gəlincə, bu, təbii surətdə uyğundur", - Rusiya Prezidenti Praqada Aİ-nin təşkil etdiyi toplantının Soçidəki üçtərəfli zirvə görüşü ilə müqayisə edilib-edilmədiyi sualına cavabında deyib. “Və biz qarşıdurmanın azaldılmasına və nizamlanmaya yönələn hər şeyi dəstəkləyirik”, - Putin əlavə edib.
"Sülhməramlılara gəlincə, bu, münaqişəyə son qoyulan 2020-ci ilin noyabrında bizim birgə bəyanatımızda qeyd olunub. Burada əlavə ediləcək heç nə yoxdur. Biz bu barədə (Rusiya sülhməramlılarının Qarabağdakı mandatının uzadılması barədə-red) danışmışıq". Bu, bizim birgə razılaşmamızı tələb edir”, - Putin qeyd edib.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının mandatının uzadılması ilə bağlı qərar digər məsələlərdən - sülh müqaviləsinin mümkün bağlanmasından və Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasından asılıdır. "Əgər bu məsələlər həll olunsa, onda sülhməramlılar məsələsi başqa cür olacaq. Əgər həll olunmasa və ya müəyyən dərəcədə (həll olunsa), bizim sülhməramlı kontingentimizin taleyi bundan asılıdır", - Prezident deyib.
"Demarkasiya, sərhədlərin delimitasiyası ən vacib məsələdir. Bununla razıyam. Biz bu gün həqiqətən də bu barədə çox danışdıq və bəzi ilkin şərtlər var ki, ümumi yol tapılıb", - o deyib.