Infoteka.az
İdman

Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirib

Braziliya millisinin və İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Ramires karyerasını başa vurub.

İnfoteka.az-ın məlumatına görə, yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında bildirib.

O, 35 yaşında futbolla vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, Ramires 2010 - 2016-cı illərdə London təmsilçisinin formasını geyinib. Yarımmüdafiəçi 2009/2010 mövsümündə Portuqaliyada "Benfika"nın şərəfini qoruyub. O, yığmada 51 matçda meydanda olub.

Infoteka.az