Infoteka.az
Siyasət

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb.

İnfoteka.az-ın xəbərinə görə, noyabrın 5-də keçiriləcək toplantının gündəliyinə 21 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı.

2. “İnsan alverinə qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

3. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi (üçüncü oxunuş).

4. Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi (üçüncü oxunuş).

5. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi (üçüncü oxunuş).

6. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi (üçüncü oxunuş).

7. “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

8. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

9. “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

10. “Prokurorluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

11. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

12. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi (üçüncü oxunuş).

13. “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanununun layihəsi (üçüncü oxunuş).

14. “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

15. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

16. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

17. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

18. “İcra haqqında”  qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

19. Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında”  qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

20. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

21. “Təhsil haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Infoteka.az