“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı 139 təklif nəzərə alınıb".
İnfoteka.az xəbər verir ki, bunu Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid deyib.
"Biz “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanmazdan əvvəl siyasi təşkilatlarla əlaqələr qurduq, onların təkliflərini dinlədik. Ümumilikdə 139 təklif nəzərə alınıb. İşçi Qrup olaraq, ictimai dinləmədə də səsləndirilən təkliflər əsasında iş aparırıq”, - o bildirib.