Infoteka.az
İdman

Azərbaycanın daha bir cüdo hakiminin kateqoriyası yüksəlib

Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər komitəsinin üzvü Arzu Acalova A kateqoriyasına yüksəlib.

Federasiyadan İnfoteka.az-a verilən məlumata görə, referi buna Avstraliyanın Pert şəhərində Beynəlxalq Cüdo Federasiyasının (IOC) imtahanında nail olub.

Acalova 27 - 29 oktyabrda böyüklər arasında Açıq Okeaniya turnirində görüşləri idarə edib. O, həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə başa vurub.

Qeyd edək ki, cari ildə ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli və hakimlər heyətinin üzvü Nazim Umbayev A kateqoriyasına yüksəliblər, Bəhriyyə Hüseynova və Elşad Əsədov isə B kateqoriyalı hakim statusu qazanıblar.

Infoteka.az