Infoteka.az
Sosial

Deputatdan “Azərsu”ya sərt sözlər: “Bilmirəm, Qıratdır, ya Düratdır”

“Azərsu”, bilmirəm ki, Qıratdır, ya Düratdır, çapa-çapa gedir. Lənkərandan mənə 20 sahibkar müraciət edərək çirkab sularının axıdılmasından şikayət edir”.

Anons.az-ın məlumatına əsasən, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.

O bildirib ki, “Azərsu” sahibkarları nəzərə almamaqla hansısa maraqlar güdür: 

“Mən demirəm ki, ortada rüşvət, korrupsiya faktları var. Amma hansısa maraq olduğu ortadadır. Mən artıq ömrümün 20 ilini “Azərsu” ilə mübarizəyə həsr etmişəm, yorulmuşam”, - deyə o əlavə edib. 

Infoteka.az