Infoteka.az
Dünya

Sergey Şoyqu: "Səfərbər edilən 300 min nəfərdən 87 mini döyüş bölgələrinə göndərilib"

“Qismən səfərbərlik çərçivəsində orduya çağırılan 300 min nəfərdən 87 mini Ukraynaya döyüş bölgələrinə göndərilib”.

İnfoteka.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, həqiqi hərbi xidmətini başa vuranlar xüsusi hərbi zonaya göndərilməyəcək və onlar tərxisdən sonra evə qayıdacaqlar.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib.

Infoteka.az