“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefonla danışacaq”.
İnfoteka.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, “Taxıl sazişi”nin davam etməsi üçün problemlər həll edilməlidir.
M.Çavuşoğlu söyləyib ki, rəsmi Ankara məsələ ilə bağlı səylərini davam etdirir.
Nazirin sözlərinə görə, Ukraynada müharibə davam etsə də, iki ölkə arasında etimad mühitinin yaradılması istiqamətində işlər də görülür: ““Taxıl sazişi”nin bu istiqamətdə xüsusi rolu var. Yəni problemlər varsa, həll edilməlidir”.