Infoteka.az
İdman

"Mançester Siti"nin bombardiri "Sevilya" ilə oyunu buraxacaq

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann İspaniya "Sevilya"sına qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyununu buraxacaq.

İnfoteka.az xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola mətbuat konfransında açıqlama verib.

İspaniyalı mütəxəssis 22 yaşlı hücumçunun zədədən sonra tam bərpa olunmadığını söyləyib.

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək "Mançester Siti" - "Sevilya" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Erlinq Holann cari mövsüm 16 matçda 22 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Infoteka.az