Türkiyə Silahlı Qüvvələrinin hərbi kontingentinin Azərbaycan ərazisində xidmət müddəti daha bir il uzadılıb.
İnfoteka.az APA-nın İstanbul müxbirinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından təqdim olunan müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunub.