Infoteka.az
Sosial

Azərbaycanda 71 yaşlı kişi məktub yazıb özünü asdı

Neftçalada intihar hadisəsi olub.

Rayonun Bala-Surra kənd sakini 71 yaşlı Sadıqov Əflatun Lətif oğlu yaşadığı evin həyətindəki çardaqdan özünü asıb.

İnfoteka.az Lent.az-a istinadən xəbər verir ki,, Bala-Surra kənd sakini Sadıqov Əflatun Lətif oğlu uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirərkən onun yazdığı məktubu da aşkarlayıblar. Ə.Sadıqovun intihar səbəbini elə həmin məktubda yazdığı müəyyən olunub.

Məktubda o, xəstəlik səbəbilə özünü öldürdüyünü bu sözlərlə izah edib:

“Xərçəng xəstəliyindən əziyyət çəkirəm. Ağrılara dözə bilmirəm. Özüm bu yolu seçdim”.

Hazırda faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.

Infoteka.az