Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” (THY) şirkəti Lənkəran Beynəlxalq Hava Limanına uçuşlar həyata keçirməyi planlaşdırır.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verib.
Lakin aviareyslərin yerinə yetirilməsinə nə vaxtdan başlanacağı ilə bağlı ətraflı məlumat verilmir.
THY Lənkəranla yanaşı Amerikada 5, Avropada 10, Asiya-Sakit okean regionunda 6, Afrika və Yaxın Şərq regionunda isə 7 istiqamət üzrə marşrut hədəfi seçib.