“YAŞAT” Fondu tərəfindən 184 qazi müalicə üçün ölkə xaricinə göndərilib.
İnfoteka.az APA-ya istinadən xəbər verir ki, bunu 44 günlük Vətən müharibəsinin ikinci ildönümünə həsr edilmiş “Zəfərin Fatehləri” adlı tədbirdə "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib.
Onun sözlərinə görə, onlardan 177-si ağır yaralı kimi qiymətləndirilir
O həmçinin qeyd edib ki, Vətən müharibəsində 42 tibb işçisi şəhid olub, 159-u yaralanıb.