“13 sentyabr hadisələri sonra Qərbi Zəngəzurdakı yaşayış məntəqələrinə əlaqələri xeyli zəiflədib”.
İnfoteka.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
Onun fikrincə, Qərbi Zəngəzurdan keçən yollar təhlükə altındadır.
Abranyanın sözlərinə görə, Ermənistan hakimiyyəti nə qədər desə də, azərbaycanlılar Çakatənə gedən yolu nəzarətə götürdükdən sonra yeni marşrutlar çəkilir.
O əlavə edib ki, Qərbi Zəngəzurda həm müdafiə baxımından, həm də bir sıra yaşayış məntəqələrinin normal həyat tərzinin təşkili və inkişafı baxımından problemlər mövcuddur.
“Ermənistanın mühasirəsi davam edir, ətrafımızda formalaşmaqda olan halqa daralır. Hakimiyyətin vəziyyətdən yeganə çıxış yolu öz uğursuzluqlarını müxtəlif geosiyasi mərkəzlərin və beynəlxalq ictimaiyyətin üzərinə yıxmaqdır”, - o qeyd edib.