Infoteka.az
İdman

FİFA DÇ-nin yayım hüququnu ruslara satdı

FİFA Rusiyanın "Match TV" telekanalı ilə dünya çempionatının oyunlarının yayımı ilə bağlı razılıq əldə edib. 

İnfoteka.az "Fanat.az"-a istinadən xəbər verir ki, məlumatı kanalın rəhbəri Aleksandr Taşçinə istinadən "Sports.ru" yayıb.

Ruslar Çempionlar Liqasının son mövsümdəki yayımına senzura qoysalar da, dünya çempionatının bütün oyunlarını nümayiş etdirəcəklər. FİFA "Match TV"-yə bütün matçlarının yayım hüququnu satıb. Bu da o deməkdir ki, kanal bütün matçların əsas məqamlarını və maraqlı anlarını da göstərə biləcək. .

Qətərdə keçiriləcək dünya çempionatı 2022-ci il noyabrın 20-də başlayacaq və dekabrın 18-dək davam edəcək.

Infoteka.az