Infoteka.az
İdman

Almaniya millisinin qapıçısı xərçəng xəstəliyinə görə 3 dəfə əməliyyat olunub

Almaniya millisinin və "Bavariya" klubunun qapıçısı Manuel Noyer xərçəng xəstəliyinə tutulduğunu ilk dəfə etiraf edib.

İnfoteka.az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı qolkiper bu barədə açıqlamasında bildirib.

Təcrübəli oyunçu üzündəki dəri xərçəngi ilə əlaqədar 3 dəfə əməliyyat oluduğunu söyləyib.

Onun mümkün xəstəliyi ilə bağlı fərziyyələr 2021-ci ilin dekabrında, üzündə nəzərə çarpan ləkənin əmələ gəlməsi ilə başlayıb.

Qeyd edək ki, bir müddətdir çiynindəki zədədən əziyyət çəkən Noyer artıq sağalıb və böyük ehtimalla, Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcək.

Infoteka.az